Ev İdman “Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”- Ceyms Voulz

“Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”- Ceyms Voulz

38

“Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir”.

“Report” xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib.

44 yaşlı funksioner indiyədək Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib:

“Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq.

Əvvəlki məqalə“Əl-Nəsr” ölkə kuboku ilə vidalaşdı
Növbəti məqalədə“Kənd təsərrüfatının inkişafı siyasətimizdə heyvandarlıq və sağlamlığın prioritet mövzudur”-Məcnun Məmmədov