Ev Dünya Türkiyə polisi 20-dən çox şəhərdə antiterror əməliyyatı keçirib, 110 nəfər saxlanılıb

Türkiyə polisi 20-dən çox şəhərdə antiterror əməliyyatı keçirib, 110 nəfər saxlanılıb

31

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 21 şəhərində antiterror əməliyyatı keçirib.

911.info.az  “TRT Haber”ə istinadən xəbər verir ki, Diyarbəkir mərkəzli əməliyyat Bursa, Siirt, Mardin, Gaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara ve Adıyaman şəhərlərini əhatə edib.

Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatına maliyyə yardımı göstərən, gəncləri təşkilatlara cəlb edən 110 nəfər şübhəli şəxs saxlanılıb.

Əməliyyat davam edir.

Əvvəlki məqaləMikayıl Cabbarov sahibkarları təbrik edib
Növbəti məqalədəDİM aprelin 30-da növbəti buraxılış imtahanı keçirəcək