Ev Cəmiyyət Ötən gün ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub

Ötən gün ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub

31

Aprelin 26-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

911.info.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Əvvəlki məqaləAzərbaycan Ordusunun PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir
Növbəti məqalədəOrucluqdan sonra toy qiymətləri necə dəyişib?