Ev İdman İrəvanda mükafat qazanan idmançı: Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı...

İrəvanda mükafat qazanan idmançı: Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik

40

Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdiyimizi düşünürəm.

APA xəbər verir ki, bunu İrəvanda keçirilmiş Avropa Çempionatında qızıl mükafat qazanan türkiyəli idmançı Nuray Güngör deyib.

“Bu gözəl qarşılama üçün təşəkkür edirəm. Bir daha Azərbaycan-Türkiyə qardaşlığını ortaya qoymuş olduq. Ermənistanda iki qızıl medal qazandım və İstiqlal marşımızı oxutdum. Bunun ayrı bir qüruru var. Azərbaycanlı bacı-qardaşlarımız yoxdursa, biz varıq dedik və İstiqlal marşımızı Ermənistanda oxutmaqla onlara ən gözəl cavabı verdiyimizi düşünürəm. Azərbaycana qarşı edilmiş hörmətsizlik bizə də edilmişdir”, – deyə o qeyd edib.

Əvvəlki məqaləSergey Şoyqu: “ABŞ-ın hegemonluq cəhdləri qlobal təhlükəsizlik arxitekturasını dağıdıb”
Növbəti məqalədəAzərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir