Ev İdman Avropa çempionu: “Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır” 

Avropa çempionu: “Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır” 

25

Azərbaycanda ümidverici idmançılar çoxdur, hər birinin çox uğurlu olduğunu hesab edirəm. Yaşları kiçik olan atletlər var idi ki, onların gələcəyi, həqiqətən, çox parlaqdır”.

Bunu İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan və bu zəfərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş deyib.

Prezident İlham Əliyev tərəfindən komanda yoldaşları ilə birlikdə Azərbaycana dəvət olunan və burada olduqları müddətdə ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyən atlet ölkə birinciliyinin səviyyəsi haqqında danışıb.Ağırlıqqaldırma üzrə Avropa çempionu bildirib ki, yarışlar çox maraqlı olub və güclü rəqabət görüb:

“Bununla yanaşı, çempionata dəvət edilmək və orada izləyici qismində iştirakımız da bizi çox sevindirdi. Bu idmanla məşğul olan gənclərə tövsiyəm isə ondan ibarətdir ki, heç vaxt ruhdan düşməsinlər və öz üzərlərində işləməyə davam etsinlər. Bir dəfə olmadı deyə idmanı atmağı düşünsəniz, əsla irəliyə gedə bilməzsiniz”.

Əvvəlki məqaləAzərbaycan Qran-prisi: Yapon sürücünün bolidinin təkəri çıxdı 
Növbəti məqalədəAnadolu Qartalı – 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olunub