2023-cü il Azərbaycan Qran-prisinin “Formula-1” üzrə sprint yarışında “AlphaTauri” pilotu Yuki Tsunoda problemlə üzləşib.
Yapon sürücünün idarə etdiyi bolidin təkəri yerindən çıxıb. Təkər uzun müddət trasda hərəkət edib.Tsunoda özünü pit-stopa çatdıra bilib və bolidin təkərləri dəyişdirildikdən sonra o, yarışa davam etmək istəsə də, bu, mümkün olmayıb.










