Ev İdman Bu gün Formula-1-in Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq

Bu gün Formula-1-in Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq

46

Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

Əsas yarış saat 15:00-da başlayacaq.İlk olaraq “Formula-2”də qalib müəyyənləşəcək. İkinci dərəcəli pilotların mübarizəsi saat 11:25-də start götürəcək.

Daha əvvəl “Formula-1”in sıralama turunda “Ferrari” sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub.

“Ferrari”nin digər pilotu Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton “ilk beşliy”i tamamlayıblar.“Formula-2”də isə “Prema Racing”dən Oliver Bearman sıralama turunda bütün rəqiblərini qabaqlamışdı.

Əvvəlki məqaləAzərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Növbəti məqalədəAlyaska sahillərində güclü zəlzələ baş verib