İranda Sistan və Bəlucistan vilayətinin Səravan şəhəri kəşfiyyat polisinin rəisi mayor Əlirza Şahraki naməlum şəxslər tərəfindən öldürülüb.
911.info.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə şəhərin başçısı bildirib.Məlumata görə, səhər saatlarında avtomobilə atəş açılan zaman rəisin yanında onun həyat yoldaşı da olub. Qadının yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.