Mercedes-Benz şirkəti üç il ərzində daxili yanma mühərriklərinə investisiyaları beş dəfə azaldacaq.
APA xəbər verir ki, brendin baş direktoru Ola Kallenius Almaniya mətbuatına geniş müsahibə verib və konsernin əsas prioritetlərini açıqlayıb.
Top menecer Mercedes-Benz-in diqqətini “təmiz” elektromobillərin inkişafına yönəltmək planlarını təsdiqləyib.
Məlumata görə, şirkət daxili yanma mühərrikləri Avro-7 eko-standartına uyğunlaşdırılacaq, lakin 2026-cı ilə qədər Mercedes-Benz yanacaq vahidlərinə investisiyaları 80 faiz azaldacaq.