Bu gün Özbəkistanda konstitusiya mətninə dəyişiklik edilməsi ilə bağlı referendum keçirilir.
Parlamentin hər iki palatası və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş əsas qanunun mətnində maddələrin sayının 128-dən 155-ə, konstitusiya normalarının isə 275-dən 434-ə çatdırılması nəzərdə tutulur.
Ümumilikdə əsas qanunun 65% yenilənməsi təklif edilir.Konstitusiya referendumu prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. 2021-ci ilin dekabrında o, əsas qanuna dəyişiklik etməyi və bunun üçün ümumxalq referendumunun keçirilməsini təklif edib.
2022-ci ilin mayında parlament düzəlişlər hazırlamaq üçün komissiya yaradıb və artıq iyul ayında Özbəkistanın 1992-ci ildə qəbul edilmiş Konstitusiyasına 200-ə yaxın dəyişikliyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.