Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib.
911.info.az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Jeju Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Daejeon” hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.