Ev Hərbi Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir

42

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.
Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib.
Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.

Əvvəlki məqaləBu rayonlarda su kəsiləcək
Növbəti məqalədəZərdabda avtomat satmaq istəyən şəxs saxlanılıb