Ev Dünya “Çelsi”də stabillik yoxdur” – Lempard

“Çelsi”də stabillik yoxdur” – Lempard

42

“Çelsi”nin baş məşqçisi Frank Lempard yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin çalışdırıcısı klubda stabilliyin olmamasını bildirib. O, davamlı baş məşqçi dəyişikliyinin “Çelsi”yə zərər verdiyini açıqlayıb:

“Uzun müddətdir bu klubun bir parçasıyam. “Çelsi”də stabillik yoxdur, əsas problem buradan başlayır. Klubun davamlılığa ehtiyacı var, mən belə düşünürəm”

“Çelsi” bütün yarışlarda keçirdiyi son 5 matçda məğlub olub. Komanda sonuncu dəfə martda Premyer Liqanın 27-ci turunda “Lester”ə qarşı (3:1) qalib gəlib. “Zadəganlar” turnir cədvəlində 12-ci yerdədir.

Əvvəlki məqalə“İnfrastruktura investisiyaları davam etdirsək, biz ölkəmiz üzərindən olan daşınmanın həcmini 45 mln. dollara qaldıra bilərik”- Rəşad Nəbiyev
Növbəti məqalədəAzərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər 50%-dən çox artıb