Daxili əlaqələndirmə kifayət deyil. Biz artıq Qazaxıstan, Gürcüstan və Türkiyədə olan həmkarlar ilə əlaqələndirməni başladıq. Bu ölkələr arasında malların daşınmasını daha da inkişaf etdirdik.
Bunu “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” beynəlxalq konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Sözsüz ki, bu daşınmanın sürətlənməsinə də xidmət etdi, proqnozlaşdırıla bilən ssenarilər yaratdı ki, konkret vaxtda, konkret təyinat nöqtəsinə göndərilən mallar gedib çatsın. Biz yalnız əldə etdiyimiz nailiyyətlərlə öyünməməliyik. Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra vəziyyətin nədən ibarət olmasını təxmin etməliyik. Rəqəmlər bizim üçün kifayət qədər ümidvericidir. Növbəti 5 il ərzində qısamüddətli ölkəmizdən daşınmaya olan tələbat 23 mln. dollara bərabərdir. Lakin bu yuxarı hədd deyil. Biz infrastruktura investisiyaları davam etdirsək, davam edirik də biz ölkəmiz üzərindən olan daşınmanın həcmini 45 mln. dollara qaldıra bilərik”, – deyə Rəşad Nəbiyev əlavə edib.