Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib.
“Report” Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ mayın 3-də Brüsseldə keçirilən IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında müzakirə edilib.İclas Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilib.
Bildirilib ki, görüş iştirakçıları Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik ilə bağlı məsələləri və regionda sülhün, sabitliyin qorunmasında Aİ-nin rolunu müzakirə ediblər.Bundan başqa, xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq, o cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizliyə qarşı mübarizə, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu qeyd olunub.