Ev Dünya Blinken: “Bakı və İrəvan davamlı sülh sazişinə doğru irəliləyiş əldə edib”

Blinken: “Bakı və İrəvan davamlı sülh sazişinə doğru irəliləyiş əldə edib”

70

Azərbaycan və Ermənistan ABŞ danışıqlarında davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə ediblər.

Bu barədə cümə axşamı Virciniya ştatının Arlinqton şəhərində ikitərəfli sülh danışıqlarının yekun iclasında çıxış edən dövlət katibi Antoni Blinken bildirib.

“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələləri müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, – ABŞ-nin baş diplomatı bildirib.

“Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olur. Biz bunu bilirik”, – Blinken əlavə edib.

Əvvəlki məqalə“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb
Növbəti məqalədəŞəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırıldı