İstənilən komandanı dəyişə, qarşıma hər cür məqsəd qoya bilərəm. Çünki onlara nail olacağıma inanıram”.
Bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sport24.ru” saytına müsahibəsində deyib.40 yaşlı mütəxəssis 2021-ci ildə Rusiya klubu “Krasnodar”dan ayrılmasının və Azərbaycan təmsilçisinin təklifini qəbul etməsinin səbəbini izah edib.
O, bunu yorğunluqla əlaqələndirib:
“Krasnodar”dan ayrıldığım zaman mənə istirahət lazım idi. Çünki gücüm tükənirdi. Altı ay sonra da Azərbaycana “Krasnodar”da işləməyə başladığım enerji ilə, emosiyalarla gəldim. Sadəcə, məşqçi kimi təcrübəm indi daha böyükdür. Gücüm və özümə inamım daha çoxdur”.Qeyd edək ki, Murad Musayevin “Sabah”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.