Ev Cəmiyyət Siyəzəndə torpaq sürüşməsi olub

Siyəzəndə torpaq sürüşməsi olub

34

Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.

911.info.az bu barədə FHN-in Mətbuat xidmətinə istinadənxəbər verir.

Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

Əvvəlki məqaləQarabağ və Şərqi Zəngəzur ərazisində balıq buraxılışları və ağacəkmə tədbiri keçirilib
Növbəti məqalədəMessi “PSJ” ilə müqaviləni vaxtından əvvəl poza bilər