Ev İdman Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

35

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüşdə F.Cudanın Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Əvvəlki məqaləGöygöldə keçirilən Avropa Kubokunda ilk günün qalibləri bəlli olub
Növbəti məqalədəDTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans