Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir.
Bu gün daha bir oyun keçirilib. “Zirə” “Şamaxı”nın qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən matç paytaxt təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0. Hesabı 35-ci dəqiqədə Vladislav Kulaç açıb. 57-ci dəqiqədə Hamidu Keyta fərqi ikiyə yüksəldib. 82-ci dəqiqədə isə Rüstəm Əhmədzadə oyunda son nöqtəni qoyub.
Xallarını 45-ə çatdıran “Zirə” 5-ci pillədədir. Komanda 4-cü “Qəbələ” ilə fərqi 3-ə endirib. “Şamaxı” isə 23 xalla 9-cudur.