Ev İdman Cüdoçumuz Paris Avropa Kubokunda qızıl medal qazandı

Cüdoçumuz Paris Avropa Kubokunda qızıl medal qazandı

37

Cüdoçularımız Paris Avropa Kuboku turnirinin ilk günündə 2 medal əldə ediblər.

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

Yarışın ilk günündə oğlanların yarışında -60 kq., -66 kq., və -73 kq. çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb. -60 kq. çəkidə Nizami İmranov qızıl medal, -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib.

Əvvəlki məqaləZelenski Ukrayna ordusunun əks-hücuma nə vaxt hazır olacağını açıqlayıb
Növbəti məqalədəTanınmış plastik-cərrah bağ evində öldürüldü