Ev İqtisadiyyat “Brent” neftinin qiyməti qalxıb

“Brent” neftinin qiyməti qalxıb

90

Mümkün tənəzzüllə bağlı narahatlıqların azalması fonunda dünya bazarında neft qiymətləri artıb.

911.info.az “İnterfaks”a istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul füçersləri 0,53 % bahalaşaraq 75,7 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,6 % artaraq 1 bareli 71,77 ABŞ dolları təşkil edib.

ABŞ-ın əmək bazarı ilə bağlı dərc edilən məlumatlar neft qiymətlərinə müsbət təsir göstərib. Məlumatlar göstərir ki, Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti əhəmiyyətli dərəcədə sərtləşdirməsinə baxmayaraq, bazar güclü olaraq qalmaqdadır.

Əvvəlki məqaləKanada pul əskinaslarını dəyişəcək
Növbəti məqalədəƏfv sərəncamı 801 nəfərə şamil olub