Rusiyanın Kurqan vilayətində meşə yanğınları baş verib.
Yanğınsöndürənlər aktiv olan 13 yanğın mərkəzinin 9-nu lokallaşdıra biliblər.
Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bildirib.
Yaşayış məntəqələrini təhdid edən 9 yanğından 6-sı lokal xarakter daşıyır. Son sutka ərzində daha 8 yanğın söndürülüb.
Yanğının söndürülməsinə 1290 nəfər və 332 texnika cəlb edilib, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası yanğınlara 165 ton su töküb.