Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
911.info.az FHN-ə istinadən xəbər verir ki, bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










