Ev İdman Buskets “Barselona”dan gedir

Buskets “Barselona”dan gedir

28

Serxio Buskets “Barselona”dan ayrılmaq qərarına gəlib.Yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatır.

Məlumata görə, 34 yaşlı futbolçu mövsümün sonunda “Barsa”dan ayrılmaq qərarını komanda daxilində açıqlayıb.Onun nə vaxt rəsmi açıqlama verəcəyi hələlik məlum deyil.

Ola bilsin ki, o, “Barselona”nın La Liqada titul qazanmasını gözləyəcək. Bunun artıq Espanyolla növbəti oyunda baş vermə ehtimalı var.Qeyd edək ki, Buskets “Barselona” akademiyasının məzunudur. O, komandada debütünü 2008-ci ildə edib. Yarımmüdafiəçi komanda ilə səkkiz dəfə İspaniya çempionatını, yeddi dəfə ölkə kubokunu və Superkubokunu, üç dəfə Çempionlar Liqasını, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

Əvvəlki məqalə“Barselona” Andres İnyestanın komandası ilə qarşılaşacaq
Növbəti məqalədəİstanbulda törədilən terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb