Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndərin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.