Ev Dünya İŞİD-in Türkiyə valisi yaxalandı

İŞİD-in Türkiyə valisi yaxalandı

35

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriya ilə axtarışda olan İŞİD-in Türkiyədəki keçmiş valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb.

Aparılan xüsusi əməliyyat nəticəsində yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib.

Varişin Türkiyədə İŞİD-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəli olduğu müəyyən edilib.

Əvvəlki məqaləMehriban Əliyeva Heydər Əliyevin 100 illiyi münasibətilə paylaşəm etdi
Növbəti məqalədəPakistanda etirazlar: Ölən və yaralananlar var