Qəzza zolağından İsrail ərazisinə sutka ərzində 400-dən çox raket atılıb.
Bu barədə çərşənbə günü yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant məlumat verib.
“Son 24 saat ərzində İsrailə 400-ə yaxın raket atılıb. Onların əksəriyyəti ya Qəzza zolağının ərazisinə düşüb, ya da açıq ərazilərdə partlayıb”, – Qalant baş nazir Benyamin Netanyahu ilə birlikdə həmyerliləri qarşısında çıxışı zamanı deyib.
“Təəssüf ki, yaşayış binalarına bir neçə zərbə dəyib”, – nazir əlavə edib. O, İsrail ordusunun hadisələrin istənilən inkişafına hazır olduğunu və “qələbə üçün hər şeyi edəcəyini” vurğulayıb.
“Biz lazım gələrsə, güclü zərbə endirə bilərik. Kiminsə bizə meydan oxuduğu, vətəndaşlarımıza və ya İsrailin müstəqilliyinə zərbə endirməyə çalışdığı üzə çıxsa, tərəddüd etməyəcəyik”, – Müdafiə Nazirliyinin rəhbəri bildirib.