Ev Dünya İzmirdə atışma nəticəsində 5 nəfər həyatını itirdi

İzmirdə atışma nəticəsində 5 nəfər həyatını itirdi

27

İzmirin Menderes rayonunda baş verən silahlı insident nəticəsində 5 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.

Hadisə axşam saatlarında rayon ərazisindəki kafedə baş verib.Əldə edilən məlumata görə, aralarında borc problemi olan iki qrup söhbət etmək üçün bir araya gəlib. Aralarındakı mübahisə silahlı toqquşmaya çevrilib.Əraziyə çox sayda polis və təcili yardım gəlib.

Davada xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Əvvəlki məqaləİrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Növbəti məqalədəİslamabaddakı iğtişaşlarda 300-ə yaxın şəxs həbs edilib