Ev Dünya Kanadada meşə yanğınları davam edir

Kanadada meşə yanğınları davam edir

44

Mayın 6-da Kanadanın qərbindəki Alberta ştatında başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-yə çatıb.

ABŞ-nin Milli Hidrometeorologiya Xidməti bildirib ki, Kanadada meşə yanğınlarından çıxan və atmosferin yuxarı qatında dayanmış tüstü Vaşinqtonda havanın alatoranlığa bənzəməsinə səbəb olub.Səlahiyyətlilər Kanadanın Alberta ştatındakı meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib.Rəsmilər qeyd ediblər ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək.Yanğınlar 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb.

Qeyd edək ki, Kanadada mayın 6-dan başlayan meşə yanğınları səbəbi ilə 29 min sakin təxliyə edilib. Alberta ştatında fövqəladə vəziyyət elan olunub.

Əvvəlki məqaləÇikaqoda Azərbaycan bayrağı ucaldıldı
Növbəti məqalədəHərbi qulluqçumuz şəhid olub