Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev dəfn olunub.
Məlumata görə, o, Qəbələ şəhərində torpağa tapşırılıb.Dəfn mərasimində qəhrəmanımızın döyüş yoldaşları, qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.