Ev Manşet Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb

31

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Bu barədə “Report”un Brüsselə ezam olunmuş müxbiri xəbər verir.Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Əvvəlki məqaləHulusi Akar: “Seçkilər demokratik mühitdə başa çatacaq”
Növbəti məqalədəDİM rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib