Ev Cəmiyyət Güclü yağışlar nəticəsində Gəncə-Şəmkir avtomobil yolunu su basdı

Güclü yağışlar nəticəsində Gəncə-Şəmkir avtomobil yolunu su basdı

34

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

Əvvəlki məqalə“Real”dan minimal hesablı qələbə
Növbəti məqalədəHulusi Akar: “Seçkilər demokratik mühitdə başa çatacaq”