Madrid “Real”ı LaLiqanın 34-cü turunu qələbə ilə başa vurub.Ancelottinin yetirmələri turnir cədvəlinin son üçlüyündə yer alan “Hetafe”ni qəbul ediblər.
Oyun gözlənildiyi kimi Kral klubunun üstünlüyü ilə yekunlaşıb – 1:0.
Hazırda paytaxt komandası 71 xalla 2-ci, “Hetafe” isə 34 xalla 18-ci yerdədir.