Ev Dünya Türkiyəli nazir: “Bu gün xalq gələcəyimiz üçün qərar verəcək”

Türkiyəli nazir: “Bu gün xalq gələcəyimiz üçün qərar verəcək”

131

Bu gün xalqımız övladlarımız, ailələrimiz, gələcəyimiz üçün qərar verəcək.

Bu qərarın xeyirli olmasını arzu edirəm”.“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Şanlıurfada prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkənin hər tərəfində seçkilərin demokratik şəraitdə keçəcəyinə əmindir: “Xalqımız iradəsini ortaya qoyacaq. Seçkilərin nəticəsinin Şanlıurfa, Türkiyə və millətimiz üçün xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

Əvvəlki məqaləİranda jurnalist qətlə yetirildi
Növbəti məqalədə“Barselona” çempionluğunu elan edə bilər