Ev Dünya “Marsel”dən inamlı qələbə

“Marsel”dən inamlı qələbə

44

Fransa çempionatında 35-ci tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu gündə 7 görüş baş tutub.

“Tuluza” – “Nant”, “Monako” – “Lill” və “Monpelye” – “Loryan” matçlarında qalib müəyyənləşməyib. Lion “Olimpik”i səfərdə “Klermon”a uduzub. “Brest” “Oser”i, “Renn” də “Trua”nı məğlub yola salıb. Marsel “Olimpik”i isə “Anje” ilə ev oyunundan qələbə ilə ayrılıb.

Hazırda 81 xala malik PSJ vahid liderdir. “Lans” 75 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 65, “Lill”in 60, “Renn”in 59, Lion “Olimpik”inin 56 xalı var.

Əvvəlki məqaləMagistratura imtahanının II cəhdində iştirak üçün qeydiyyat elan edilib
Növbəti məqalədə“Yuventus” qalib gəldi, “Napoli” uduzdu