“Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 80-85 faizinin əməkhaqqılarında artım olacağı gözlənilir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Nazir deyib ki, ötən il sertifikatlaşma imtahanında uğur qazanmayan 2 803 müəllim üçün də sertifikatlaşma keçiriləcək:
“Həmin şəxslərdən 505 müəllim təlimlərdə iştirakdan imtina edib. Bunun səbəbləri araşdırılır. Onlar uğur qazanmasalar, əmək müqavilələrinə xitam veriləcək”.