Qırğızıstanın Çuy vilayətinin Dmitriyevka kəndi bu səhəri atışmalarla açıb. Belə ki, qadın mədrəsəsində gizlənən silahlı dəstə ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
“Atışma kənd şurasının binası ilə “Zülqərneyn” qadın mədrəsəsi arasında baş verib. Mədrəsənin tələbələri təhlükəsiz yerə təxliyə ediliblər, hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat aparırlar”, – deyə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsindən bildirilib.
Dmitriyevkanın Kant və Krasnaya Reçka kəndləri istiqamətində çıxışlar bağlanıb.
Əməliyyat zamanı terrorçu məhv edilib, hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.