Ev Siyasət Bakıda evlərdən 8700 manatlıq oğurluq edilib

Bakıda evlərdən 8700 manatlıq oğurluq edilib

43

Bakıda evlərdən 8700 manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi Atçılıq massivindəki bir evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Manaflı müəyyən olunaraq saxlanılıb.

Əvvəlki məqaləFermada narkotik əkib becərirdi, tutuldu
Növbəti məqalədəNATO Rusiya ilə qarşıdurma üçün gizli planlar hazırlayıb