Samuxda narkotik yetişdirən saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Azad Əsgərovun istifadəyə yararsız fermada xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri
aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə əkdiyini etiraf edib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.