“İnter” İtaliya derbisində Çempionlar Liqasının yarımfinalında “Milan”ı məcmu hesabda 3:0 hesabı ilə məğlub edib. İlk görüş 2:0, ikinci görüş 1:0 hesabı ilə başa çatıb. Komanda kubok uğrunda yarımfinalda “Real Madrid”i məğlub edən “Mançester Siti” ilə mübarizə aparacaq.
“Roma” cavab oyununda “Bayer Leverkuzen”lə heç-heçə etsə də, ümumi hesabda finala yüksəlib. İlk oyun 1:0 hesabı ilə Joze Mourinyonun yetirmələrinin xeyrinə başa çatıb. Avropa Liqasının finalında italyanlar digər İtaliya klubu – Turinin “Yuventus”unu mübarizədən kənarlaşdıran “Sevilya” ilə mübarizə aparacaq.
“Fiorentina” isə Konfrans Liqasının yarımfinalının cavab oyununda əlavə vaxtda “Bazel”ə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlin. İtaliya komandası finalda İngiltərənin “Vest Hem” komandası ilə qarşılaşacaq.