Ev Cəmiyyət Ötən həftə Azərbaycanda 188 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən həftə Azərbaycanda 188 kiloqrama yaxın narkotik aşkarlanıb

159

Polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əvvəlki məqaləMonteneqro parlamentinin sədri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Növbəti məqalədəMM sədri Zəngilana səfərə gedəcək ATƏT PA nümayəndə heyətinə: “Ermənilərin törətdiklərini gözlərinizlə görəcəksiniz”