Ev Cəmiyyət Dağlıq ərazidə təhlükəli vəziyyətdə qalan şəxsi FHN-in əməkdaşları xilas etdi

Dağlıq ərazidə təhlükəli vəziyyətdə qalan şəxsi FHN-in əməkdaşları xilas etdi

33

Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

911.info.az FHN-ə istinadəən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb.

Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım göstərilib, o cümlədən sınmış qoluna şina qoyulub.

Daha sonra mərkəzin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı sayəsində N.İsakov çətin keçidli relyefə malik dağlıq ərazidən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Əvvəlki məqaləMN: “Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb”
Növbəti məqalədəKahramanmaraşda zəlzələ baş verib