Ev Dünya “Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında

“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında

41

“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında oynayacaq.

Məlumata görə, “sağsağanlar” buna İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz heç-heçə etməklə nail olublar.

37 oyunda 70 xal toplayan Eddi Haunun komandası turnir cədvəlində 3-cü yeri tutur. Mövsümün başa çatmasına 1 tur qalmış “Nyukasl” 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır.

Sözügedən komanda sonuncu dəfə 2002/2003 mövsümündə Çempionlar Liqasının iştirakçısı olub.

Ümumən avrokuboklarda isə “Nyukasl” sonuncu dəfə 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib.

Əvvəlki məqaləAzərbaycan nefti cüzi ucuzlaşıb
Növbəti məqalədəDünya bazarlarının əsas indeks göstəriciləri