Ev Dünya Türkiyədə dəniz sahilində müəmmalı çəllək aşkarlandı

Türkiyədə dəniz sahilində müəmmalı çəllək aşkarlandı

39

Türkiyənin Zonguldak vilayətində Kapuz çimərliyində dəniz sahilində müəmmalı çəllək aşkarlanıb.

Hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları cəlb ediliblər.

AFAD əməkdaşları dənizdən sahilə vuran çəlləyin üzərində araşdırma aparıblar. Daha sonra çəllək kran vasitəsilə sudan çıxarılıb.

Çəlləyin haradan gəldiyi və içində nə olduğu ilə bağlı hələ məlumat verilməyib.

Əvvəlki məqaləKahramanmaraşda zəlzələ baş verib
Növbəti məqalədəAzərbaycan nefti cüzi ucuzlaşıb