Ev Hərbi 10 kiloqramdan çox narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

10 kiloqramdan çox narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

27

May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqaləBaş Qərargah rəisi Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahını ziyarət edib
Növbəti məqalədəFHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib