Ev İqtisadiyyat Azərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi üçün ilkin şərtlər AÇIQLANDI

Azərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi üçün ilkin şərtlər AÇIQLANDI

25

Azərbaycanda ölkənin regional maliyyə mərkəzinə çevrilməsi üçün şərait formalaşır”.

Rusiyanın “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.Onun sözlərinə görə, bu potensial 6 şərtlə bağlıdır.

“Birincisi, Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərbə Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində unikal mövqeyə malikdir. Bir tərəfdən  ölkə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzindədir. Avrasiyanın Şərqini və Qərbini birləşdirən bu layihə Qazaxıstan, Türkiyə və Gürcüstanla birgə həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Cənubi Asiya ölkələri ilə ticarətin inkişafına yönəlmiş “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yanında mərkəzi mövqe tutur. Eyni zamanda, Azərbaycanda bütün zəruri nəqliyyat-logistika infrastrukturu, daha dəqiq desək, hava, dəmir yolu, boru kəməri və dəniz yolları var”, – deyə G.Xaydarşina qeyd edib. “İkincisi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi yeni sənaye sahələrinin, o cümlədən əsas nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən yüksək texnologiyalı müəssisələrin yaradılmasına kömək olacaq. 2019-cu ildə SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkında inşa etdiyi, 2022-ci ildə azot gübrələrinin Hindistana ixracına başlayan karbamid zavodunu buna misal göstərmək olar. Bundan əlavə, Azərbaycanın qərbində alüminium məmulatlarının istehsalı üzrə yeni böyük müəssisə yaradılacaq. Birinci mərhələdə investisiyaların məbləği 132 milyon ABŞ dolları təşkil edəcək. Biz onu da qeyd edirik ki, böyük neft və qaz ehtiyatlarının nəqliyyat dəhlizlərinə yaxınlığı Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətini artırır”, – deyə “Qazprombank”ın baş iqtisadçısı bildirib.

“Üçüncüsü, Azərbaycan Avrasiyanın rəqəmsal habına çevrilir. Milli internet provayderi “AzerTelecom” “Azərbaycan rəqəmsal habı” (“Azerbaijan Digital Hub”) adlı genişmiqyaslı proqram həyata keçirir. Proqramın məqsədi Azərbaycanı rəqəmsal xidmətlərin idxalçısından dünya əhalisinin 1/4-nin yaşadığı regionda (Yaxın Şərq, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya) ən böyük ixracatçıya çevirməkdir. Bu proqram Azərbaycanın Qazaxıstan və Türkmənistanla birgə iştirak etdiyi daha böyük layihə – “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) ilə birgə həyata keçirilir. Bu layihənin həyata keçirilməsi Mərkəzi Asiya, Çin və Avropa ölkələri arasında məlumatların ötürülməsini sürətləndirəcək”, – deyə o vurğulayıb. 

Əvvəlki məqaləRusiyada oynayan həmyerlimiz: “Klub karyerama zərbə olacaqsa, Azərbaycan millisinə getməyə dəyməz”
Növbəti məqalədəİngiltərə klubu “Neftçi” və “Qarabağ”ın sabiq məşqçisini göndərir