Ev Hərbi FHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib

FHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib

27

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı FHN-in Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirib.

“Dəyirmi masa”da Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, FHN-in Aparatı və qurumlarının əməkdaşları, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri, Bakı şəhəri rayonları və qəsəbələrinin bələdiyyə sədrləri, eləcə də paytaxtın mülki müdafiə xidmətləri və digər aidiyyəti təşkilatların məsul nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının sədri Hümbət Hüseynov və Milli Assosiasiyanın icraçı katibi – Bələdiyyələrlə iş Departamentinin direktoru Vüsal Paşayev çıxışlarında mövcud vəziyyət, problemlər və perspektivlər barədə danışıb, həmçinin, bələdiyyələrin qeyd olunan sahələr üzrə fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndiriblər

Əvvəlki məqalə10 kiloqramdan çox narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı
Növbəti məqalədəRusiyada oynayan həmyerlimiz: “Klub karyerama zərbə olacaqsa, Azərbaycan millisinə getməyə dəyməz”