Ev Dünya Paşinyan Moskvaya yollandı: Üçtərəfli görüş planlaşdırılır

Paşinyan Moskvaya yollandı: Üçtərəfli görüş planlaşdırılır

32

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib.

Bu barədə çərşənbə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Mayın 25-də o, Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək. Səfər zamanı baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, səfər çərçivəsində Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidentinin üçtərəfli görüşü də planlaşdırılır.

Əvvəlki məqaləAzərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb
Növbəti məqalədəABŞ-ın Çikaqo şəhərində mayın 28-i Azərbaycanın Müstəqillik Günü elan olundu