Ev İdman Rusiyada oynayan həmyerlimiz: “Klub karyerama zərbə olacaqsa, Azərbaycan millisinə getməyə dəyməz”

Rusiyada oynayan həmyerlimiz: “Klub karyerama zərbə olacaqsa, Azərbaycan millisinə getməyə dəyməz”

29

Rusiyanın “Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev yığma komandamızda oynamaq perspektivindən danışıb.26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda bu məsələni müzakirə edə biləcəklərini söyləyib:

“Mən Azərbaycana nə “hə”, nə də “yox” demişəm. Müzakirə edilməli çox şey var. Ola bilsin ki, yaxın vaxtlarda Azərbaycan yığmasında oynamaq məsələsini danışdıq.İstənilən halda karyera millidə yox, klub fəaliyyəti üzərində qurulur. Mümkün keçidimi istisna etmirəm, lakin bu, mövcud vəziyyətlə bağlı deyil. Bu məsələ barədə çoxdan söhbətlər var. Əgər başa düşsəm ki, legioner olduqdan sonra Rusiya Premyer Liqasında rəqabət aparmaq çətinləşəcək, bu, artıq başqa məsələdir.

Mən azərbaycanlıyam. Amma klub karyerama zərbə olacaqsa, getməyə dəyməz. Əgər klubda oynamasan, yığmaya da çağırılmayacaqsan. O zaman keçidin mənası olmur”.

Əvvəlki məqaləFHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib
Növbəti məqalədəAzərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi üçün ilkin şərtlər AÇIQLANDI